1 yaş ad günü dekoru

Uşağın ilk ad günü ailədə ən çox gözlənilən məclislərdən biridir və o gün çəkilən şəkillər illərlə saxlanılır. Bu səhifədə kataloqumuzdakı bütün 1 yaş işlərini bir yerə topladıq: tam fotozona dəstləri və girişdə qonaqları qarşılayan molbert lövhələri.

Hamısı bizim öz quruluşlarımızdır. Hər birini rəngə, temaya və məkanın ölçüsünə görə dəyişə bilərik; lövhədəki ad və tarix hər dəfə fərdi hazırlanır.

Fotozona dəstləri

Adətən arka panel, şar kompozisiyası, işıqlı rəqəm və tematik fiqurlardan ibarət bütöv guşə.

Molbert qarşılama lövhələri

Girişdə qoyulan, uşağın adı və yaşı yazılmış lövhə və onun ətrafındakı şar bəzəyi. Tək sifariş edilə və ya fotozona ilə eyni palitrada hazırlana bilər.

Kataloqdakı temalar

  • Heyvanlar və təbiət: safari, Şir Kralı, cəngəllik
  • Yumşaq və zərif: ayıcıq, dovşan, kəpənək, bulud və hava şarı
  • Günəş: pastel çalarlarda
  • Onederland: klassik birinci ad günü üslubu
  • Metallik: mis-qızılı xrom şarlar
  • Retro maşın və bulud

Siyahıda olmayan tema istəyirsinizsə, nümunə şəklini göndərin. Bütün ad günü işlərinə ad günü dekorları bölməsində baxa bilərsiniz.

Sifariş

Bəyəndiyiniz işin səhifəsinə keçib WhatsApp düyməsi ilə yazın. Mesajda məhsulun adı avtomatik göndərilir. Və ya birbaşa WhatsApp-a yazın.

Bakı, Abşeron və Sumqayıt üzrə quraşdırma və tədbirdən sonra yığışdırma qiymətə daxildir. Sifarişi ən azı 2 həftə əvvəl verməyi tövsiyə edirik. Beh və ödəniş şərtləri: Ödəniş və sifariş qaydaları.